Lalə Azərtaşın ailəsində ağır itki FOTO

Aparıcı Lalə Azərtaşın ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, onun xalası vəfat edib. Bu haqda aparıcı özü məlumat verib: "Həyat çox qəribədir... Bu gün Kəlbəcərin günüdür deyə, yuxudan fərqli sevinclə oyanacam deyirdim... Oyandım da! Sonra bildim ki, sən demə, bu təqvim həm də tək xalamın dünyasını dəyişdiyi gün olacaq! Dəfn etdik! Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz, yarım qalan arzular, gözüyaşlı analar gözüm önündən getmirdi. Amma müharibənin qəddar qanunları var: yas saxlamazlar. Kəlbəcər qayıtdığı gun yas saxlamazlar... Ölkədəki Covid-19 bəlası üzündən yas mərasimi keçirməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə