Sevdiyi qızın anasına müraciət edən əsgər üçün Rəqsanə elçilik edəcək VİDEO

Hazırda cəbhə bölgəsində olan əsgərlərimizdən biri sevdiyi qızın anasına "ürək sözlərini" ünvanlayıb. SİA-nın məlumatına görə, videoda igid əsgər bildirib ki, sevdiyi qızın anası qızını ona verməkdən dəfələrlə imtina edib.

Bundan bezən gənc hərbi xidmətdən dönən kimi qızı qaçırtmaq qərarına gəlib.

Əsgərimizin bu görüntülərinə müğənni Rəqsanə İsmayılova reaksiya verib.

Hazırda Rusiyada yaşayan müğənni bildirib ki, əsgərimiz cəbhədən dönən kimi qıza özü elçi gedəcək və toyun bütün xərclərini öhdələməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...