Rəmiş: "Ağdam azad olunanda ağladım"

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) verilişlərin birində qonaq olib. SİA-nın məlumatına görə, musiqiçi ata yurdu olan Ağdamdan danışıb: "Dəcəl uşaq idim. Atam kolxoz sədri olub. Ona görə də bizim yaylağımız Abdal Gülablı, qışlağımız Ağdam idi. Sonra Bakıya gəldim, musiqi məktəbində oxudum".

Proqram zamanı gitaraçı bildirib ki, doğma torpaqlarının azad edildiyini eşidən gün sevincdən ağlayıb: "Qarabağın suyu, otu, daşı-divarı muğam idi. Hər bir qarabağlının evində musiqi aləti var idi. Torpaqlarımızın azad olunmağını eşidəndə özümü saxlamaq istədim, amma olmadı. Gözümün yaşı axırdı. Bu hissləri demək mümkün deyil. Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi ora gedəcəm. Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə