Türkiyənin məşhur "Master Chef" yarışmasında Azərbaycan mətbəxi günü elan edilib. SİA-nın məlumatına görə, yarışmanın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.
Somer Sivrioğlu proqramda Azərbaycanla bağlı bu sözləri dilə gətirib: "Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik".
Digər münsif Mehmet Yalçınkayanın isə Azərbaycanı qələbə münasibəti ilə təbrik edib: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB