"Düşmənə qalmamaq üçün intihar edən Ağdam..." FOTOLAR

Aparıcı İlqar Mikayıloğlu həyat yoldaşı, həmkarı Zülfiyyə Bayramova ilə birlikdə bir neçə gün əvvəl düşməndən azad edilən Ağdam şəhərində olub. SİA-nın məlumatına görə, aparıcı sosial media hesabında oradan şəkillər yayımlayıb və bu sözləri qeyd edib: "Ağdam... Erməni qoduqları şəhəri tam dağıdıb. Amma Ağdam qayıdacaq. Mütləq".

Z.Bayramova da Ağdamda olduqlarını və şəhərin dağıdılmış görüntüsünü əks etdirən fotolar paylaşıb. "Viranə qalmış şəhərdə Allaha açılan qollar. Düşmənə qalmamaq üçün intihar edən Ağdam..." deyə, o, şəkillərə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə