Məşhur aktyor Emre Karayel memar sevgilisi Gizem Demirci ilə evlənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, iyulda nişanlanan cütlük nigah masasına oturub. Mərasimdə Emre və Gizemin ailə üzvləri, yaxınları və dostları iştirak edib. Nikah Türkiyənin Beylerbeyi ərazisində yerləşən otellərdən birində keçirilib.

Emre Karayel xoş günü ilə bağlı bu sözləri bildirib: “Hamınız bilirsiniz ki, bu şad günü illlərdir gözləyirik. Biz 8 il əvvəl bu münasibətə başladıq. Çox həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Koronavirus səbəbi ilə nikah mərasimimizi ailə içində keçirməyi qərara aldıq. Sonra birlikdə yenidən qeyd edərik”.

Qeyd edək ki, cütlüyün nikah mərasimindən sonra balayı üçün Bodruma yollanacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə