Gülüstan Əliyeva: "Həyat yoldaşımın və qardaşımın qanı alındı"

Əməkdar artist Gülüstan Əliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi proqramda Vətən müharibəsinin qələbə ilə bitməsindən bəhs edib:" Vətən üçün ölənlər onu yaşadanlardır. Bizim yaşamağımız üçün igidlər canlarını fəda etdilər. Hər zaman deyirdik ki, Qarabağ sağalmayan yaramızdır. Sən demə bu yaralar da sağalırmış".

Həyat yoldaşı və qardaşı birinci Qarabağ müharibəsində şəhid olan G.Əliyeva onlardan da söz açıb: "İgidlərimizin göstərdiyi cəsarət yaralarımıza su səpdi. Hərə bir söz dedi: biri dedi, atamın qanı alındı. Mən dedim qardaşımın, həyat yoldaşımın qanı alındı. Şükür bu problem nəvələrimizə qalmadı. Hər dəfə deyirdik ki, görəsən, nəvələrim baba yurdunu görəcək?".

Bütün xəbərlər Facebook səhifəmizdə