Mart ayında məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və Almaniyada müalicəsi davam edən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs xalqa müraciət edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni müraciətini bu axşam 17-ci "Kral TV video-musiqi mükafatları"nın təqdim etmə mərasimində birbaşa telefon əlaqəsi ilə həyata keçirəcək.
Qeyd edək ki, mərasim bu axşam yerli vaxtla saat 21.00-da (Bakı vaxtıyla 23.00) Türkiyənin "NTV" və "Kral" tele-kanallarından birbaşa nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB