Pərvin Ağdam paylaşımına görə tənqid olundu FOTOLAR

Xəbər verdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyev Ağdamın erməni işğalından azad edildiyini açıqlayıb. SİA-nın məlumatına görə, bununla bağlı aktrisa Pərvin Abıyeva "İnstagram" hesabında paylaşım edib. Hərbi texbnikanın yanında şəkil çəkdirən Pərvin "Gözümüz aydın olsun" sözünü yazıb.

Onun bu addımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, hərbi texnikanın yanında şəkil çəkdirməyi düzgün hesab etməyən izləyicilər Pərvini tənqid atəşinə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə