"Dövlət idarələrində məşhurluğum işə yarayır"

Hazırda “Çukur” serialında rol alan aktyor Kubilay Aka “Aşırı Ünlülər” verilişində qonaq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor açıqlamaları ilə diqqət çəkib: “Dövlət idarələrində məşhurluğum işə yarayır. Sıra gözləmirəm. Sağ olsunlar, ağır iş rejimində işlədiyimi bilirlər. Ona görə bizə kömək edirlər. Polislərdə məşhurluğumdan istifadə etmirəm. “Yaz qardaş” deyirəm. Təəssüf ki, çox sürətli avtomobil idarə edirəm. Ölmürəm amma, çox qəza törədirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...