Ağdamlı Günel Zeynalova: "30 illik həsrət sona çatdı" FOTO

Ağdamlı Günel Zeynalova: "30 illik həsrət sona çatdı"  FOTO

Müğənni Günel Zeynalova Ağdamın düşməndən azad edilməsi ilə bağlı sevinc hisslərini bölüşüb. SİA-nın məlumatına görə, ifaçı bu haqda sosial media hesabında paylaşım edin və bu sözləri qeyd edib: "Gözümüz çox aydın olsun. Qarabağın gözü, gözəllik guşəsi. 30 illik həsrət sona çatdı. Baba yurdum artıq azadsan, bizim idin, indi də bizim oldun. İlk əvvəl atam Rəhman Zeynalovun, anam Zöhrə, gözünüz aydın. Dədələrimizin məzarlarını gedib ziyarət edib, dualarımızı oxuyacağıq. Çox şükür... Bütün ağdamlılar, gözümüz aydın".

Bütün xəbərlər Facebook səhifəmizdə