Ağdamlı məşhurlar: "Gözünüz aydın" FOTOLAR

Ağdamlı məşhurlar: "Gözünüz aydın" FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. SİA-nın məlumatına görə, Ağdamdan olan sənət adamları bununla bağlı paylaşımlar edərək, sevinclərini bölüşüblər.

Xalq artisti Nəzakət Teymurova sosial media hesabında Ağdamdan foto yayımlayaraq bu sözləri qeyd edib: "Allahım, çox şükür ki, bizi Ağdamımıza qovuşdurdun. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Ordumuza, şəhidlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Gözün aydın, Azərbaycan. Gözünüz aydın, ağdamlılar".

Xalq artisti Mənsum İbrahimov isə "Gözümüz aydın olsun, Ağdam artıq bizdədir" deyərək, paylaşımına qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə