Əsgərdən Babək Niftəliyeva cavab: "30 illik arzunuzu reallaşdırdıq" VİDEO

Əsgərdən Babək Niftəliyeva cavab: "30 illik arzunuzu reallaşdırdıq" VİDEO

Əməkdar artist Babək Niftəliyev azad olmuş torpaqlarımızda əsgərlərlə görüşüb. SİA-nın məlumatına görə, xanəndə əsgərlərdən birinin onun avtomobilini sürərkən lentə aldığı görüntüləri sosial media hesabında yayımlayıb.

Videoda əsgər bu sözləri dilə gətirib: "Sən mənim arzumu yerinə yetirdin. "Range Rover" markalı maşınını idarə etdim. Biz də sizin 30 illik arzunuzu reallaşdırdıq".

Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə