Vüqar Muradov Tuğ kəndinin görüntülərini paylaşdı - VİDEO+FOTO

Vüqar Muradov Tuğ kəndinin görüntülərini paylaşdı - VİDEO+FOTO

İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan müğənni Vüqar Muradov işğaldan azad edilən torpaqlardan yeni görüntülər yayımlayıb. SİA-nın məlumatına görə, sənətçi bu dəfə hadrut qəsəbəsində Tuğ kəndindən video paylaşıb.

O, görüntülərdə bu sözləri qeyd edib: "Xocavənd rayonu, Hadrut qəsəbəsinin Tuğ kəndi, müqəddəs torpaqlarımızı tezliklə hər biriniz gedib görəcəksiniz. Bu videonu tuğlular üçün çəkirəm. Baxın kəndinizə, tezliklə buradasınız. Ana südü kimi halal olan torpaqlarımızdayıq".

Vüqar digər bir fotosuna isə bu sözləri əlavə edib: "Bu iş rahatlıqla həll olunmadı: güclü iradə, əzm, milli ruh sayəsində oldu. Yorulmadan, usanmadan, çəkinmədən oldu bu iş. Yalnız əsgərlər deyil, bütün xalq vuruşdu. Təşəkkür hər bir vicdanlı, qeyrətli Azərbaycan vətəndaşına düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə