Məşhur aktyor koronavirusa yoluxdu

“Menajerimi ara" serialında baş rollardan birini canlandıran aktrisa Ayşenil Şamlıoğludan sonra aktyor Dəniz Can Aktaş da koronavirusa yoluxub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, analiz cavabı müsbət çıxan aktyor hazırda evdə müalicə alır.

Qeyd edək ki, yoluxma hallarına görə serialın çəkilişi dayandırılmış və yeni bölümü yayımlanmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə