Manaf Ağayevdən əsgərə cavab gəldi: "Toyunda pulsuz oxuyacam" VİDEO

Manaf Ağayevdən əsgərə cavab gəldi: "Toyunda pulsuz oxuyacam" VİDEO

Ötən gün sosial şəbəkədə bir qrup əsgər sevdikləri müğənnilərin adlarını açıqlayıb. SİA-nın məlumatına görə, sözügedən əsgərlərdən biri Manaf Ağayevi bəyəndiyini bildirib və onu toyuna dəvət edəcəyini bildirib.

Müğənni Manaf Ağayev onun adını çəkən hərbçimizlə bağlı açıqlama verib. Sənətçi bildirib ki, həmin əsgərin toyunda pulsuz oxuyacaq: "Əsgərlərimizin bir videosunu gördüm, mən də ona münasibət bildirmək istədim. Onları bağrıma basıram, onlarla fəxr edirəm. Elə igidlərin toyunu biz oxumalıyıq. Bunu özümə şərəf bilirəm. Sağ-salamat evlərinə qayıtsınlar. Şəxsən onun toyunu özüm oxuyacam".

Bütün xəbərlər Facebook səhifəmizdə