Vaxtilə ən yaxşı konsert layihələrinin müəllifi kimi çıxış edən xalq artisti Brilyant Dadaşova son günlərə qədər konsert verməyəcəyini bəyan etmişdi. Müğənni yaxşı konsert vermək üçün canlı ifanı yetərli hesab etmirdi. O, texniki avdanlığın və bir sıra konsert üçün tələblərin normada olmadığını nəzərə alaraq yaradıcılıq mövqeyini başqa işlərə yönəltmişdi. Lakin bu günlərdə biznesmen və müğənni Emin Ağalarovun konsertini izləyən Brilyant xanım Milli.Az xəbər portalına açıqlamasında 2011-ci ildə mütləq solo konsert təqdim edəcəyini bildirib:
"Türkiyədə olanda həvəslə Sezen Aksu və Ajda Pekanın konsertini izləmişdim. Mən o cür konsert müəllifi olmaq istəyirdim. Amma burada ürəyimi açmayan məqamlar çox olduğundan hələ gözləyirdim. Bu günlərdə Emin Ağalarovun konsertini izləyəndən sonra qəti şəkildə bildirdim ki, bu il konsert mütləq baş tutmalıdır. Oradakı səs avadanlıqları, təşkilatı işlər çox ürəymcə idi. Mən də özüm üçün elə bir səviyyədə konsert görmək istəyirəm. Artıq konsertin ilk hazırlıqlarına başlayıram" - deyə Briyant Dadoşova bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB