Müğənni Ramalın Tarkanlıq iddiası

Müğənni Ramalın Tarkanlıq iddiası
Azərbaycanın xalq artisti, tanınmış xanəndə Mələkxanım Əyyubovanın istedadlı qardaşı oğlu kimi yerli şou-biznesdə uğurla addımlayan populyar estrada müğənnisi Ramal İsrafilov həmkarlarından seçilmək üçün çox fərqli yaradıcılıq üslubu seçib.
Həmçinin bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Ramal müxtəlif açıqlamalarında bildirmişdi ki, yazdığı mahnılardan bir neçəsi türk dünyasının meqastarı Tarkan Tevetoğlunun ifasında eşidiləcək.
Ramal SİA-ya açıqlamasında bunu boşuna demədiyini, yaxın vaxtlarda bu əməkdaşlığın baş tutacağını əminliklə təkrarlayıb. Amma təşkil olunan məclislərin birində tamam başqa mənzərənin şahidi olduq. Səhnədə çıxışı zamanı öz mahnılarından çox Tarkanın sonuncu "Adımı kalbine yaz" albomuna daxil olmuş mahnıları, "İşim olmaz", "Öp" və başqalarını onun ifasında eşitdik. İfası və rəqsləri bir anlıq meqastarı xatırladan Ramalın Tarkan olmaq iddiasında olduğu açıqca sezilirdi. Müğənni özü də bu bənzətməmizə qarşı çıxmadı. "Təki, məni elə Tarkanla müqayisə edəsiniz. Yaradıcılığını çox sevirəm. Və oxuduğu mahnılarını böyük həvəslə repertuarıma daxil etmişəm. Kaş ki, sənətdə də ulduzum onun kimi parlasın".

Bütün xəbərlər Facebook səhifəmizdə