Skripkaçı Ceyhun: “Arzuları həyata keçirmək üçün sponsor tələb olunur” - AÇIQLAMA

Skripkaçı Ceyhun: “Arzuları həyata keçirmək üçün sponsor tələb olunur” -  AÇIQLAMA

Qalmaqallı skripka ifaçısı Ceyhun İsmayılovun başı yaradıcılıq işlərinə qarışıb. Yeniliklərlə bağlı SİA-ya açıqlama verən skripkaçı hazırda 12 müxtəlif mahnı üzərində işlədiyini və həmin mahnılardan ibarət yeni disk buraxacağını deyib. Klip çəkdirmək niyyətində olmadığını dilə gətirən C.İsmaylov konsert vermək niyyətində olduğunu, lakin bunun üçün külli miqdarda vəsait gərəkdiyini söyləyib: "Konsertdi, klipdi, bunlar hamısı boş şeylərdi. Çünki yaradıcılıqla bağlı arzuları həyata keçirmək üçün sponsor tələb olunur".
Yaradıcılığında hər zaman yeniliklər etdiyini bildirən Ceyhun özünü ən öndə gedən şou-biznes nümayəndəsi hesab edir: "Mənim bütün həyatım şou-biznesdir. Sənətdə elələri var ki, uzun illərdi səhnədədir, amma şou-biznesdə yoxdur".
Skripkaçı söhbət əsnasında bildirdi ki, xaricdən özü üçün olduqca bahalı skripka gətirdib. Skripkanın qiyməti ilə bağlı açıqlama vermək istəməyən C.İsmayılov "hər halda, adımıza layiq skripka almışıq"- deyə bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə