Samir Bağırov: “Özünü efirə pərçim etməyə nə gərək var?”-ESKLÜZİV
Səhnənin ən ekstrovaqant müğənnisi olan Samir Bağırov tamaşaçılarını yenə də intizarda qoyur. Efirlərdə demək olar ki, görünməyən və jurnalistlərə açıqlama verməkdən mədəni yolla qaçan Samir SİA-ya yoxluğundan danışdı. O, iddia edir ki, ulduz elə onun kimi yaşamalıdır: "Bütün özəllik elə bundadır. Niyə axı, hər dəqiqə efirə can atmalısan? Özünü efirə pərçim etməyə nə gərək var? Bu artıq bir şeydir. Ulduz müğənninin şarmı elə onun görünməməyindədir. Axı tamaşaçı darıxmalıdır, yoxluğu hiss etməlidir".
Samir efirə can atan müğənnilərdən də söz açdı: "Mənim fikrimcə, efirə can atan müğənnilərin problemləri var. Moskvada olanda, mənə əsl şlaqerin xüsusiyyətlərini başa salırdılar. İldə cəmi 1-2 mahnı buraxdırmaq kifayətdir. Sənətkara, əsl ulduza hörmət qoymaq lazımdır. İş görən müğənniləri barmaqla saymaq olar. Qalanları sadəcə şou-biznesə bulaşıblar. Kimisi pul qazanmaq üçün, kimisi isə sadəcə özünü göstərməyə gəlir. "Müğənniciklər" efirə çıxıb ancaq özlərini tərifləyirlər. Mən isə özüm haqda danışmağı sevmirəm. Ümumiyyətlə, məşhurluğundan asılı olmayaraq insanın gözəlliyi onun sadəliyindədir. Amma indi özlərini sadə kimi aparanlar da az deyil. Onlar sadəcə gözdən pərdə asırlar, guya sadədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB