Brilliant Dadaşova 28 ildən sonra etiraf etdi VİDEO

Brilliant Dadaşova 28 ildən sonra etiraf etdi  VİDEO

Xalq artisti Brilliant Dadaşova "Şuşanın dağları" mahnısı ilə bağlı etiraf edib. SİA-nın məlumatına görə, müğənni 28 ildir bu mahnını oxumağı özünə qadağa etdiyini söyləyib.

O, 29 il əvvəl lentə alınan videosunu sosial media hesabında paylaşıb və bu sözləri qeyd edib: "1991-ci il, AzTv... Bir il sonra Şuşa işğal olundu və mən bir daha "Şuşanın dağları" xalq musiqisini ifa etməməyə qərar verdim. Ali Baş Komandan və Azərbaycan Ordusu 2020-ci ildə Şuşanı işğaldan xilas etdiyi bu günə qədər oxumadım".

Bütün xəbərlər Facebook səhifəmizdə