Hüseyn Dəryanın həyatından bəhs edən klip çəkiləcək- EKSKLÜZİV

Hüseyn Dəryanın həyatından bəhs edən klip çəkiləcək- EKSKLÜZİV

Hüseyn Dərya yeni klip çəkdirmək qərarına gəlib. Onun müəllifi olduğu "Məktub-2" mahnısına klipi gənc rejissor Ceyhun Kərimov çəkəcək. Bu barədə SİA-ya rejissor məlumat verib: "Hüseyn Dəryanın yeni klipi onun həyatından bəhs edəcək. Ümidvaram ki, klip hər kəsin xoşuna gələcək".

Onu da qeyd edək ki, məhz Ceyhun Azərbaycanın məşhur verilişi olan "Şou nömrə bir"in rejissorudur.

Məlumat üçün bildirək ki, "Məktub-2" klipinin operatoru İlkin Şükürov, montaj isə Elnur Ehtiramoğluna məxsus olacaq.

Klipin təqdimatı gələn həftə üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə