Müğənni Günel Zeynalova məkanların birində obyektivlərə tuş gəlib. SİA-nın məlumatına görə, türkiyəli jurnalistlərin suallarını cavablandıran sənətçi Şuşa şəhərinin işğaldan azad olunmasına görə böyük sevinc hissi keçirdiyini bildirib: “Yaxın zamanlarda hər şey normala qayıdacaq. Azərbaycan xalqına böyük konsert verməyi planlaşdırıram”.
Müğənni jurnalistlərə yeni layihəsi haqqında da açıqlama verib. O qeyd edib ki, bundan sonra maska istehsalına başlayacaq. Üzərində Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı maskalar istehsal edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB