Əməkdar artist Cabir Abdullayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, xanəndə birinci Qarabağ müharibəsindəki iştirakından, şəhid qardaşından danışıb: "Qardaşım birinci Qarabağ müharibəsində iştirak edib. Yaralanmışdı, həkimlər demişdi ki, qalmayacaq, qəlpə qaraciyərinə dəymişdi. Mənim üçün ağır idi, yadıma düşəndə kövrəlirəm. Həkim dedi ki, onun başının üstündə muğam oxu. Oxudum, gözümdən yaş gəlirdi.
Onu da qeyd edim ki, 1992-1994-cü illərdə döyüşlərdə olmuşam. Bizim qucağımızda çox igidlər dünyasını dəyişib. Əsgərlərə konsertlər verirdim, nə qədər pul yığılırdı gətirib əsgər ailələrinə, şəhid ailələri üçün olan fonda verirdim. Bu hadisələr 1993-1994-cü illərdə olub. Öz toyumda belə mən kostyum yox, əsgər paltarı geyinmişdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB