Azərbaycanın tanınmış müğənnisi Elariz Məmmədoğlu Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibləri olan Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın "Running Scared" mahnısını bəyənir: "Təmsilçilərimizi çox bəyənirdim. Onların gəlməsini görəndə sevincdən az qala ürəyim dayanmışdı. Azərbaycan bu qələbəyə çoxdan layiq idi. Biz hər kəsə sübut etdik ki, dövlətimiz çox şeyə qadirdir. İnşallah bizim hələ çox uğurlarımız olacaq".
Elariz onu da əlavə edib ki, smslə səs vermədə onun da əziyyəti olub. Müğənnin oğlu türk liseyində təhsil alır və Elariz Bakıdan oğluna 500 manat dəyərində pul göndərib. Oğlu isə o pulu bütünlüklə Azərbaycan üçün sms-ə ayırıb: "500 manat o qədər də böyük pul deyil. Amma ürəyimdən keçdi, etdim. Bir də ki, insan öz dövləti üçün etməyəndə də kim üçün etməlidir ki? Yenə də çox şadam ki, bu işdə az da olsa nəyisə etdim. İndi ürəyim çox sakitdir. Sevincimin həddi-hüdudu yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB