İrem Derici koronavirusa yoluxub

Türkiyəli müğənni İrem Derici koronavirusa yoluxub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur bu haqda İnstaqram hesabında paylaşım edib. O bildirib ki, dad və qoxu bilmə hissiyatını itirdikdən sonra təcili olaraq xəstəxanaya gedib və koronavirus testi etdirib.

Analiz nəticələri müsbət çıxan ifaçı evində karantinə alınıb. Məşhurun virusa rol aldığı "Menajerimi ara" serialında yoluxduğu ehtimal edilir. Buna səbəb, həmin ekran işinin əsas rol ifaçılarından olan Ayşenil Şamlıoğlunun koronavirus testinin cavabının müsbət çıxmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə