"Qəlbimin içində səbəbini açıqlaya bilməyəcəyim ağrı var"
Fatimədən depressiya dolu sözlər

Rəqqasə Fatimə Fətəliyeva depressiyaya düşüb. SİA-nın məlumatına görə, o, bildirib ki, qəribə hisslər yaşayır və nə olduğunu izah edə bilmir: "Ən şən insanın belə qəlbinin qaraldığı gün olur. Hüzünlü, bir payız sisi kimi tutqunluq qəlbi bürüyür, günəş işığının yaxınlaşmasına imkan vermir. Qəlbinin içində səbəbi açıqlana bilinməyən ağrılı bir hiss yaranır.
Səbəb yoxdur, amma tıncıxdırır, nəsə səni sıxır, hər şeydən imtina etmək, gözlərdən kənar bir yerə getmək istəyirsən. Boşluqdasan, səni heç nə sevindirmir, ətrafdakı hər şeyə yad və laqeyid olursan.
Qəribə bir güc ruhunuzu və qəlbinizi ələ keçirir, başqa duyğulara yer qalmır. İçinizdə kədər, sevinc, qəzəb və inciklik yoxdur. Heç nə yoxdur. Yalnız ümidsizlik və həsrət.
Sözlə ifadə edilə bilməyən həsrət, ağlamaq da olmur. Boğulursan, boğazında hər şey düyünlənib. Başqa hisslər gəlmir, var olan da getmir... Qeyri-adi, görünməz, açıqlana bilinməyən hisslərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə