İllərdir, "Eurovision" mahnı müsabiqəsini Rusiya tamaşaçıları üçün şərh edən teleaparıcı Yana Çurikova builki müsabiqədə Azərbaycanın qələbə qazanmasına sevinir. SİA-nın məlumatına görə, o, bunu RİA "Novosti"yə açıqlamasında bildirib: "Avropa çoxseqmentlidir. Hər kəs öz mədəni anklavında yaşayır və Avropanın digər başında nələrin baş verdiyini bilmək belə istəmir. Bu baxımdan da "Eurovision-2012"də məhz Azərbaycanın qalib gəlməsindən çox şadam. Onun genişlənməsi və Avroməkanın çərçivəsini tərk etməyə başlaması əladır", - deyə Çurikova qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB