Müğənni Natavan Həbibi həmkarlarının efirə çıxmasını tənqid edənlərə cavab verib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Razıyam, başa düşürəm, müğənnilərin efirə çıxması yaxşı görünməyə bilər. Özüm heç evimizin qapısından çıxmıram, qaldı efir olsun. Bu günləri çox narahat keçirirəm. İşlərimin hamısı dayanıb. Qətiyyən o hayda deyiləm.
Dünyada heç̧ bir müğənni televiziyanın dəvəti və ssenarisi olmadan efirə çıxa bilməz. Müğənnilərin və incəsənət adamların 90 faizi televiziyadan dəvət gələn halda “yox, gəlmirəm“ sözünü deyə bilmir, demir, demək istəmir, deməyə bəzən haqqı yoxdur...
Bütün məsələlər düzəldi, bir müğənnilik də peşə olaraq yox olsaydı, çoxu rahat olardı. Yazıq müğənni vətənə faydalı olmaq üçün nə etsin görəsən? Pulu olan pulu ilə əlindən gələni edir. Halbuki dövlətin ona ehtiyacı yoxdur. Pulu olmayan, bir ildir bir manat qazanc görməyən müğənni nə etsin? Efirə də çıxmasın, səsini də çıxartmasın, ordan da yolu bağlansın, münasibətlər korlansın və sair...
Problem bizim bir-birimizə olan sayqı və hörmətdədir. Birlik deyirik. Bəs müğənni də bizimkidir axı. Yaxşısı, pisi hamısı bizimdir. Dünya indi bizi izləyir. Bu söhbətlərin heç vaxtıdır? İ̇nsanın işi mahnı oxumaqdır. Dərin getməyin. Dövlətin telekanalına dəvət alıb gəlibsə, deməli, belə lazımdır.
Məncə, bu mövzuları bitirək. Bilib bilmədən danış̧maq asandır. Reallıq bəzən heç bir müğənnidən asılı olmaya da bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB