"Müharibə hamımızın düşəncəsini və həyatını dəyişdi" FOTOLAR

"Müharibə hamımızın düşəncəsini və həyatını dəyişdi"  FOTOLAR

Aktrisa Pərvin Abıyeva əsgərlərlə bir araya gəlib. SİA-nın məlumatına görə, aktrisa onlarla çəkdirdiyi şəkilləri sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: "Bu günlərdə qələbə sevincini əsgərlərimizin sayəsində yaşayırıq. Sizin mərdliyinizin və gücünüzün sayəsində Qarabağımıza qovuşduq. Ordumuzla fəxr edirik. Evlərinizə sağ-salamat qayıdın. Analarınız sevinsin.

Şəhid anaları da bizi bağışlasın ki, sevinirik. İgid balalarınızın qanı yerdə qalmadı. Allah onlara rəhmət eləsin.

Onu da qeyd edim ki, bu müharibə hamımızın düşəncəsini və həyatını dəyişdi. Xalqımız artıq birdir".

Bütün xəbərlər Facebook səhifəmizdə