Xalq artisti Naibə Allahverdiyeva: "Xankəndidə yaşayacam"

Xalq artisti Naibə Allahverdiyeva: "Xankəndidə yaşayacam"

Xalq artisti Naibə Allahverdiyeva arzusundan bəhs edib. SİA-nın məlumatına görə, aktrisa bildirib ki, ən böyük arzusu Qarabağda yaşamaqdır: "Ən böyük arzum Xankəndidə yaşamaqdır. İnşAllah onu da edəcəm".

Allahverdiyeva daha sonra atasından da bəhs edib: "Əziz atam Cahid Hilal oğlu, sən 1956-cı il 28 mayda öz əllərində tikdiyin bayrağı Qız qalasına asdın. Buna görə 10 il sürgün edildin və əzablı günlər yaşadın. Qayıtdıqdan sonra da öz amalından dönmədin. Azərbaycanın azadlığı arzusu ilə yaşadın. Sənin dəfələrlə polislər tərəfindən döyülüb, evə qan içində qayıtdığını gördüm. Mənə gülə-gülə "Qorxma, ceyran bala. Aslanı yaralayıblar" deməyini unutmuram. İndi Azərbaycan bayrağı Ali Baş Komandanımızın və Ordumuzun şücaəti ilə Qarabağımızda dalğalanır. Məzarın Ağdam şəhərindədir. Ağdamın da azadlığa qovuşmağına az qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə