İlham Namiq Kamal: "Bu gün elə bir tarixi gündür ki, əsrlər keçsə belə yaddaşlara yazılacaq" ÖZƏL
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalanıb.
30 ilə yaxın davam edən həsrətdən sonra xalqımız qələbə sevincini yaşayır.
Qələbə hisslərini SİA-ya Xalq artisti İlham Namiq Kamal bölüşüb: “Bu gün elə bir tarixi gündür ki, əsrlər keçsə belə yaddaşlara yazılacaq.
Dövlətçiliyimiz yüksək səviyyədə bərpa olundu. Eyni zamanda, Cənab Prezidentimiz İlham Əliyevin xalqa bəxş etdiyi sevinc alqışlara layiqdir. Çünki uzun illərdir ki, mənfur düşmənlər Azərbaycana qarşı məkrlik siyasəti apardılar. Onlar əqrəbdirlər.
Onu da qeyd edim ki, ermənilərin bu hərəkətini bütün dünya görürdü. Amma onlar susurdular. Qətnamələr yalnız kağız üzərində qalırdı. Ancaq biz öz torpaqlarımızı Ordumuzun gücü və silah yolu ilə aldıq. Eyni zamanda, xalq birlik göstərdi və torpaqlarımız qarış-qarış alındı. Qələbə zəfəri bizimdir. Hazırda hər bir azərbaycanlı sevinir. Bu qələbə sözlə ifadə olunmur. Torpağımız müqəddəsdir. Qarabağ Azərbaycan torpağıdır.
Ölkə başçısı yüksək siyasətini bir daha nümayiş etdirdi. Xarici ölkələrin jurnalistlərinin ikibaşlı suallarını Prezident İlham Əliyev yerindəcə cavab verib, sübutlarla susdururdu. Onlar bilməlidirlər ki, İlham Əliyev bütün suallara sərrast və cəsarətli cavablar verəcək.
Mən qələbə bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Sarsılmaz birliyimiz əbədi olsun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB