Türkiyəli aktyor Ahmet Uz dünyasını dəyişib.
SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur səhhəti ilə əlaqədar 10 gün əvvəl Türkiyədəki xəstəxanalardan birinə yerləşdirilib.
Uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkən aktyora tibbi müdaxilələr edilsə də, heç bir nəticə verməyib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 75 yaşlı aktyorun vəfatı ilə bağlı "Twitter" səhifəsində paylaşım edib və bu sözləri qeyd edib: "Teatr, kino və serial aktyoru Ahmet Uza Allahdan rəhmət diləyirik. Böyük sənətkarımızın yaxınlarına və sevənlərinə başsağlığı veririk. Türkiyə sənət aləminin başı sağ olsun".
Qeyd edək ki, Ahmet Uz 1945-ci ildə Ankarada dünyaya gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB