"Eurovision-2008"-də Elnurla birgə Azərbaycanı təmsil edən Samir Cavadzadə mediadan yaman uzaq düşüb. SİA-ya danışan müğənnin sözlərinə görə, o, çıxmağa veriliş tapmır: "Hansı verilişlərə çıxım axı? Yemək bişirilən verilişlərə çıxmaqdan bezmişəm. Bu cur proyektlərdə iştirak etməyi sevmirəm. Amma bu cur proyektlərə məni hər zaman dəvət edirlər. Ancaq məni bəzi əyləncəli tədbirlərə dəvət edirlər. Çünki mən tələb olunmuş və məşhur müğənniyəm. Bir də ki belə tədbirlərdə tamaşaçılar da başqa cür olur.
Hazırda mən yeni 3 yeni mahnı üzərində çalışıram. Onlardan biri Rüstəm Zeynalovun "Şəhərimiz" mahnsıdır. Bundan əlavə mən klip çəkdirməyi də düşünürəm. Bunlar hazır olandan sonra mən böyük bir təqdimat mərasimi keçirəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB