"Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi böyük xətadır"

"Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi böyük xətadır"

“Çalıkuşu” serialı ilə məşhurlaşan türkiyəli aktrisa Aydan Şener verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, Azərbaycanın haqlı mübarizəsində yanında olan aktrisa İnstaqram hesabında bu dəstəyini nümayiş etdirib. Şenerin paylaşımında “səni paylaşa bilmədik, səni sevirəm Azərbaycan” kimi fikirlər yer alıb.

Aktrisa proqramda paylaşımı ilə bağlı açıqlama verib: “Başqa bir dövlətin sizin torpaqlarınızı işğal etməsi böyük xətadır. Paylaşımda qeyd etdiyim ifadələrlə bunu qınayıram. İstəyirəm ki, hər kəs sülh və əmin-amanlıq içində yaşasın. Biz hamımız bu dünyanın sakinləriyik. Müharibələrə qarşıyam. Nə qədər insan həlak olur. Çox pis oluram. Buna görə də belə bir paylaşım etdim”.

Şener jurnalistin “Müharibəni yaxından izləyirsinizmi” sualına belə cavab verib: “Sizin torpaqlarınıza nə qədər raketlər atılıb. Azərbaycan ordusu çox güclüdür. Əlbəttə ki, torpaqlarınızı qorumaq üçün döyüşəcəksiniz. Allah hər birinizin köməyi olsun.”

Aktrisa ölkəmizə qəlbən bağli olduğunu və burada bir neçə dəfə qonaq olduğunu da qeyd edib: "Azərbaycanı çox sevirəm. Bakıya bir neçə dəfə gəlmişəm. Orada çoxlu dostlarım və izləyicilərim var. Çəkildiyim "Çalıkuşu" serialı Azərbaycanda olduqca məşhurdur. Sosial şəbəkə hesabıma Azərbaycandan çoxlu mesajlar gəlir. Paylaşımımla bağlı da mənə çoxlu təşəkkür mesajları gəlmişdi. Biz bir millət, iki dövlətik“.

Bütün xəbərlər Facebook səhifəmizdə