Nigar Camalın prodüseri İsa Məlikov "Eurovision" müsabiqəsində təmsilçilərimizin əldə etdiyi qələbənin təəssüratlarından danışdı. Bu gün səhər saatlarından Azərbaycanın nümayəndə heyəti ilə Bakıya çatan bəstəkar fikirlərini eksklüziv olaraq SİA ilə bölüşdü: "Bu dəhşət idi! Səsvermə zamanı hər alınan bal bizi coşdururdu. Qışqırmaqdan səs tellərimi zədələmişəm! Olanları sözlə çatdırmaq mümkün deyil! Mahnımız başlayan kimi bütün zal bizimlə birgə "Ooo" – deyə, oxumağa başlayırdı! Sonra zalda olan hər kəs bizə yaxınlaşıb Azərbaycanın səsvermə kodunu soruşurdu, hər kəs! Sanki bütün zal bizə səs verirdi. Bu məni yaxşı mənada təəccübləndirməyə bilməzdi!".
Bəstəkar-prodüser qələbə anlarının da sevincini paylaşdı: "İlk ağlıma gələn o oldu ki, mən azərbaycanlı olmağımla fəxr edirəm! Əlimdə dalğalanan bayraqla azarkeşlərin arasına girdim. İnan ki, minlərlə insan yaxınlaşıb məni öz yaxını kimi bağrına basıb öpürdü, hər kəs təbrik edirdi. Azərbaycan bayrağı bir anda Amerika bayrağı tək tanınan oldu!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB