Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Zəngilan rayonunun Şəfibəyli kəndinin düşməndən azad edildiyini eşidəndə yaşadığı hissləri dilə gətirib. SİA-nın məlumatına görə, musiqiçi bu sözləri dilə gətirib: "Bizim də kəndimiz işğaldan azad edildi. Babam Şəfibəyli kəndindəndir. Heç vaxt orada olmamışam. Hər zaman arzulayırdım ki, işğaldan azad edilsin gedib oranı görüm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Arzumun bir qismi reallaşdı. O torpaqlara ayaq basacağım anı səbirsizliklə gözləyirəm. İnşallah, orada ev tikdirəcəm. Bu, mənim çoxdankı arzumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB