Azərbaycanda klip çəkən bir çox rejissorlar var. Onların arasında külli miqdarda qonorar tələb edən klipmeykerlər kifayət qədərdir. Lakin Nail Naiboğlunu ən az qonarara işləyən klipmeyker kimi tanıyırlar. Bu sualla Nailə müraciət edərkən SİA-ya bu cavabı verdi: "Birincisi, bu yalan söhbətdir. İkincisi isə yaxşı edirəm. Əsas odur ki, çəkirəm və mən bu gün varam. Bu sözü çox eşitmişəm. Guya əlimdə klipi ucuz çəkmək səlahiyyəti var. Ona görə məhz mənə çəkdirirlər. Bütün rejissorlar texniki baxımdan eyni qiyməti ödəyirlər. Ancaq mənə daha çox klip çəkdirməklərinin səbəbi mənim müğənniləri daha yaxşı başa düşməyimdir. Klip çəkmədən öncə fikirləşirəm ki, bu müğənniyə hörmət etmək olar, buna yox. Mən onlarla dil tapa bilirəm. Bir də ki, demək yaxşı çəkirəm ki, mənə çəkdirirlər. Yəni təkrar edirəm, klipi o qədər də ucuz çəkmirəm. Ən aşağısı 3 min manat".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB