"Bu gün hamımızın evində əsgərlərə dualar edilir"

"Bu gün hamımızın evində əsgərlərə dualar edilir"

Müğənni Roza Zərgərli idarə etdiyi verilişində əsgərlərlə görüşündən söz açıb. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Bir neçə gün əvvəl hərbi hissələrdən birinə getmişdim. Əsgərlərlə görüşdüm. Maraqlanırlar ki, Bakıda nə var? Deyirəm, hər bir evdə sizin xoş xəbərlərinizi gözlənilir. Bu gün hamımızın evində əsgərlərə dualar edilir.

Zərgərli bildirib ki, heç vaxt Qarabağda olmasa da, hər qələbə xəbərinə kövrəlir:
"Torpaqlar azad edildikcə, o yaraların məlhəmi gəlir. Qarabağı görməmişəm, o bulaqların suyundan içməmişəm. Amma indi mənə elə gəlir ki, oralarda doğulmuşam. Hər dəfə "azad edildi" eşidəndə, kövrəlirəm. Bütün torpaqlarımız azad edilsin, gedib oraları gəzəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə