Müğənni İzzət Bağırov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı son günlər cəbhədə baş verənlərdən, qələbə xəbərlərindən söz açıb: "Hamı sosial şəbəkədə səbirsizliklə şad xəbərləri gözləyir. Eşidirik 9, 10 kənd xilas edildi. Şəhərin adını eşidəndə isə lap qürurlanırıq. Belə xəbərlərdən ləzzət alırıq.
Əsgərlərimiz böyük hünər göstərir. Bu günlərdə hamımız bir yumruq olmuşuq. Hamı bir-birini təbrik edir. Fərqi yoxdur kim hansı kənddən, rayondanıq. Artıq o deyim unudulub. Hamımız azərbaycanlı olmuşuq. Qələbə, müharibə insanları dəyişib. İnsanlar arasında mehribanlıq, birlik yaranıb. Küçəyə çıxırsan insanlar mehriban davranır.
Fəxr edirəm, sevinirəm. Hər gün qələbəyə daha da yaxınlaşırıq. İnşallah, tezliklə Şuşada, Laçında, Kəlbəcərdə olacağıq. Qarabağın ən yüksək yerindən bayrağımız asılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB