Xalq artistinin xanımı: "Atışma düz yanımızda oldu"

Xalq artistinin xanımı: "Atışma düz yanımızda oldu"

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko Vyanada törədilən terror aktından danışıb. SİA-nın məlumatına görə, o, bu barədə sosial media səhifəsində yazıb: "Düz yanımızda atışma baş verdi. Biz yaxşıyıq. Qonşumuz atışmanın şahidi olub və çox qorxub. O görüb ki, atışma zamanı insanlar qışqıra-qışqıra qaçır.

Xəbər gözləyirik. İndi burada sakitlikdir. Görək, nə baş verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə