Əməkdar artist Aybəniz Haşımova verlişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, müğənni hər kəs kimi torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözlədiyini bildirib: "Bu günə şükür edirəm. Müddətin 30 ilə qədər uzanması ondan irəli gəlir ki, biz səbrli, dözümlü və humanist xalqıq. Biz qatil deyilik. Ermənistan xalqı qatildir. Çünki onlar körpələri, uşaqları və qocaları yatdığı yerdə qətlə yetirərək, terror aktları törədirlər.
Siz onların Gəncə şəhərində hansı fəlakəti törətdiyinin şahidi oldunuz. Ermənistan xalqı acgözlüyündən bu qədər cinayət törədir. Onların bu cinayətindən dünya da agahdır.
İstəyirəm ki, dünyada yaşayan hər kəs özünü bu dövlətdən qorusun. Çünki onlar belə millətdir. Onlar sənin evinə qonaq gəlib, 3 gündən sonra səni evindən çıxarar. Ermənilər bu qədər acgözdürlər”.
Sənətçi çıxışı zamanı, Azərbaycan bayrağının Qarabağla yanaşı İrəvanda da dalğalanmasını arzu etdiyini söyləyib:
“Ermənilər bütün hallarda bilməlidir ki, düşmən hesab etdikləri Azərbaycan nə qədər əzəmətli və xeyirxahdırsa, bir o qədər də qolunun gücü tükənməzdir. Lazım gəldikdə isə o gücü göstərdi.
Bu gün düşmən öz yerini və həddini bilir. Arzu edirəm ki, biz çox yaxın vaxtlarda Dərələyəzə gedək. Azərbaycan bayrağı Dərələyəz və Zəngəzur mahallarında, İrəvanda dalğalansın. Qələbə çox yaxındadır. Biz hamımız qələbə xəbərini səbirsizliklə gözləyirik. Çünki o torpaq mənim ata yurdumdur. Düşmənin haramı olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB