"Mundar ermənilər ata-babalarımızın yurd saldığı evləri darmadağın ediblər"
Müğənni İzzət Bağırov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda ermənilərin çirkin əməllərindən danışıb: "Bildiyiniz kimi, cəbhə xəttində döyüşlər gedir. Prezident İlham Əliyevin və güclü Ordumuzun sayəsində mənfur düşmənlərimiz tərəfindən zəbt olunan torpaqlarımızın əksər hissəsi işğaldan azad olunub. Azad olunan torpaqlarımızın görüntülərini izləyəndə yalnız ortaya ermənilərin çirkin əməlləri üzə çıxır. Belə ki, düşmənlərimiz ata-babalarımızın yurd saldığı evləri darmadağın ediblər. Elə kəndlərimiz var ki, orada yaşayış belə yoxdur.
Məscidlərimizdə donuz saxlayan tayfaya nə ad vermək olar. Yalnız mundar xislətlərini ortaya çıxarırlar".
Sənətçi ermənilərin oğru olduğunu da diqqətə çatdırıb: "Torpaqlarımızı oğurladıqları bəs etmir kimi Azərbaycan mahnılarına da əl atırlar. Hətta bir çox bəstələrimizi oğurlayaraq erməni dilində ifa ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB