Eldar Qasımov və Nigar Camal Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar- FOTOSESSİYA

Eldar Qasımov və Nigar Camal Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar- FOTOSESSİYA

Bu gün "Eurovision- 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.

SİA-nın məlumatına görə, təmsilçilərimizi gənclər böyük coşğu ilə qarşılayıblar. Təmsilçilərimiz ulu öndərin heykəli önünə gül dəstələrini qoyduqdan sonra jurnalistlərə açıqlama veriblər.

Eldar Qasımov jurnalistlərə açıqlamasında bu beynəlxalq yarışmada qələbələrini Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib: "Biz qələbəmizə çox sevinirik. Bu, tək bizim yox, həm də Azərbaycan xalqının qələbəsidir. Bizi dəstəklədiyinizə görə hər birinizə təşəkkür edirik. Arxamızda olduğunuz və bizə dəstək göstərdiyiniz üçün minnətdarıq".

Sabah təmsilçilərimizin İctimai telekanalda mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, müsabiqədə "Running Scared" mahnısı ilə Azərbaycanı təmsil edən Nigar və Eldar bu gün səhərə yaxın Bakıya qayıdıblar.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et!) idi. Müsabiqənin sonunda SMS-səsvermə və peşəkar jüri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell&Nikki – "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi – "Madness Of Love" - 189 xal), üçüncü yeri isə İsveç (Eric Saade - \"Popular\" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə