"Dinc əhaliyə toxunmaq insanlığa qarşı törədilən ağır cinayətdir"

"Dinc əhaliyə toxunmaq insanlığa qarşı törədilən ağır cinayətdir"

Türkiyəli aktyor Tamer Karadağlı verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, akyor hər zaman azərbaycanlı olduğunu söyləyib və bu sözləri dilə gətirib: “Azərbaycanı ayrı bir ölkə kimi görmürük. Azərbaycan bizim qardaş ölkəmizdir. Biz bunu həmişə deyirik: bir millət, iki dövlətik. Biz ancaq birlikdə güclüyük. Azərbaycana nə vaxt gəlsəm isti münasibət və sevgi görürəm. Bu münasibətin səmimi olduğunda da əminəm".

Aktyor jurnalistin “Azərbaycanı sizə bu qədər sevdirən nədir?” sualına isə belə cavab verib: “Azərbaycan əsilliyəm, ora mənim ata Vətənimdir. Ata, babam və nənəm Türkiyəyə Azərbaycandan gəliblər. Ona görə də, Azərbaycana gəldiyim zaman özümü başqa ölkəyə getmiş kimi hiss etmirəm. Nənəmin qohumlarının bir qismi Gəncə şəhərindəndir. Uşaq olanda onlar bizə Azərbaycandan çox bəhs edirdilər. Oranın nə qədər gözəl ölkə olduğunu deyirdilər. Azərbaycana çox gec, 3-4 il əvvəl gələ bildim. Gələndə də özümü evimdə kimi hiss etdim".

Tamer Karadağlı baba və nənəsinin doğulduğu Gəncə şəhərinə ermənilərin raket atmasından xeyli təsirləndiyini bildirərək, bunu insanlığa qarşı cinayət adlandırıb: “Çox pis oldum. Çünki həmişə deyirik ki, biz bir millət iki dövlətik. Azərbaycan torpağına edilən ən kiçik müdaxilə Türkiyə torpağına edilib deməkdir. Ermənilərin sivil vətəndaşları raket atəşinə tutması qəbul edilən hal deyil. Dünyada belə müharibələrin müəyyən qaydaları vardır. Dinc əhaliyə o cümlədən qadınlara, uşaqlara toxunmaq olmaz. Bu insanlığa qarşı törədilən ağır cinayətdir"

Aktyor jurnalistin “Azərbaycanda könüllü hərbi xidmətə gedərsiniz?” sualına “Təbii ki, gedərəm” cavabını verib.

Sonda isə Tamer Karadağlı işğaldan azad olunan torpaqlarımızda gəzmək istədiyini və daima azərbaycanlıların yanında olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə