"Mənfur düşmənlərimiz torpaqlarımızda əbədi qala bilməyəcəklərini anlamalıydılar"
Xalq artisti Yasin Qarayev ermənilər tərəfindən işğal altında olan torpaqlarımız haqda danışıb. SİA-nın məlumatına görə, aktyor bu sözləri dilə gətirib: " Bir neçə dəfə ermənilər tərəfindən işğal altında olan və olmayan torpaqlarımızda qastrol səfərlərdə olmuşam. Mən oralara 1991-1992-ci illərdə səfər etmişəm.
Olduğum yerlər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa olub. Oralar cənnətdir. Güclü Ordumuzun və Ölkə Başçımız İlham Əliyevin sayəsində artıq ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın böyük bir hissəsini geri almışıq. Mənfur ermənilər torpaqlarımızda əbədi qala bilməyəcəklərini anlamalıydılar.
Onu da qeyd edim ki, düşmənlərimiz olduqca paxıldırlar. Onlar hər zaman Azərbaycanın pisliyini istəyiblər.
Allaha şükürlər olsun ki, səhərlərimizi zəfər xəbərləri ilə açırıq. Tanrı əsgərlərimizi qorusun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB