"Hər dəfə zəfər xəbərləri eşidəndə kövrəlirəm, həyəcanlanıram"

"Hər dəfə zəfər xəbərləri eşidəndə kövrəlirəm, həyəcanlanıram"

Müğənni Gülay Zeynallı cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edib: "Bildiyimiz kimi, hazırda cəbhə xəttində döyüşlər gedir. Rəşadətli Ordumuzun və Prezidentimiz İlham Əliyevin sayəsində işğal altında olan torpaqlarımızı geri alırıq. Tanrı əsgərlərimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz tezliklə sağlamlıqlarına qovuşsunlar.

Onu da deyim ki, hər dəfə zəfər xəbərləri eşidəndə kövrəlirəm, həyəcanlanıram. Çünki xalq olaraq bu xəbərləri çoxdan gözləyirdik. Bundan gözəl duyğu ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə