"Eurovision" iştirakçılarının qazancları məlum olub. SİA Paparazzi.ru saytına istinadən xəbər verir ki, dünyanın məşhur jurnalı olan "Forbes"də dərc olunan məqalədə yazılıb ki, adıçəkilən müsabiqənin 2008-ci il qalibi rusiyalı Dima Bilan 2010-cu ildə $3,7 milyon pul qazanıb.
Qeyd edək ki, Dimanın müsabiqədən əvvəl konsert proqramlarından tələb etdiyi qonorar 50 min dollar olub. "Eurovision"dan və onun möhtəşəm "Belive" mahnısından sonra müğənnin qonorarı 30 faiz qalxıb.
2010-cu ildə müsabiqədə iştirak edən Petr Nalicin ötən ilki qazancı 900 min dollara bərabərdir.
Müsabiqənin 1995-ci ildə Rusiya təmsilçisi olan tanınmış müğənni və dövlətinə yalnız 17-ci pilləni qazandıran Filipp Kirkorov 2010-cu ildə 5 milyon pul qazanıb. Rusiyanın 2008-ci il təmsilçisi, ikinci yerin sahibi Ani Lorak 15-25 min dollar bir konsertdən pul alır. Svetlana adlı müğənni də \"Eurovision\" iştirakçısı olub və onun konsertlərinin qonorarı 15-25 min dollar arasıdır.
2009-cu ildə "Eurovision"un qalibi Aleksandr Rıbak isə Rusiyada çıxış etdiyi bir konsertdən 60-75 min ABŞ dolları vəsait alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB