Əməkdar artist Rafael İsgəndərov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor Qarabağla bağlı xatirələrini bölüşüb: "Uşaq olanda Qarabağı gəzmək mənə qismət olub. Yayda hamı dağa köçürdü. Biz də gedirdik.

Uşaq olanda Xankəndinə getmişdik. Rus dilində bir söz yazılmışdı. Oxumağa çalışanda atam söydü ki, filankəslərin-ermənilərin dilidir. Onda anlamadım ki, niyə erməniləri söyür. Sual verəndə, dedi, nəysə.

İndi isə söhbəti belə bağlamaq olmaz. Gələcək nəslə bir-bir onları izah etmək lazımdır. Mən də faktlarla uşaqlarıma onları izah etmişəm. Dəfələrlə hardasa cəmiyyət içində kimsə deyib ki, onlardan da məcbur gələn var. Deyirəm, ilanın balası da ilandır. İlandırlar, sancmaqdan başqa heç nə bacarmırlar.

Bu yaxınlarda 50 yaşında dostum şəhid oldu. Vətən eşqi ilə yaşayan insan idi. Bu kimi qəhrəmanları tarix dərsliyinə salınıb, uşaqlara çatdırmalıdırlar. Başa salınmalıdır ki, bunlar kimdir, erməni millətinin qanında nə var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...