“Şəhid analarının qarşısında baş əyirəm”

Müğənni Təranə Qumral cəbhə bölgəsində baş verənlərə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri dilə gətirib: “Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir. Xalqımız Ordumuza inanır və güvənir. Allah hər bir igid əsgərimizi qorusun. Vətən uğrunda şəhid olan əsgərlərimizə isə Allah rəhmət eləsin. Ailələrinə baş sağlığı verirəm. Analarının qarşısında baş əyirəm. Onların qanı yerdə qalmayacaq. Yaralı əsgərlərimiz də tezliklə sağlıqlarına qovuşsunlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə